“Dəniz kuboku”nun son mərhələsi keçiriləcək

9 Avqust 2017 12:13 (UTC+04:00)

Bu gün “Dəniz kuboku - 2017” müsabiqəsində iştirak edən Azərbaycan, Rusiya, İran və Qazaxıstanın hərbi gəmilərinin heyətləri yarışların son mərhələsi çərçivəsində “Dəniz hazırlığı üzrə yarış”da öz güclərini sınayacaqlar. Bu barədəMovqe.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
 
Bildirilib ki, şərtlərə əsasən heyətlər gəminin lövbərə və çəlləyə durması tapşırıqlarını icra edəcəklər.