Türkiyədə 35 jurnalist saxlanıldı

10 Avqust 2017 15:07 (UTC+04:00)

İstanbul Prokurorluğunun FETÖ təşkilatının media qolu ilə bağlı başlatdığı istintaq çərçivəsində 35 mətbuat nümayəndəsi haqqında saxlanma qərarı seçilib. Movqe.az-ın məlumatına görə, siyahıda adı yer alan qəzet işçiləri “bylock istifadəçisi” iddiası ilə saxlanılıblar.

Həmin şəxslər arasında “Birgün" qəzetinin redaktorlarından Burak Ekici də var. Saxlanılan şəxslərin evlərində axtarışlar aparılır.