Pentaqon rəhbəri və Türkiyə müdafiə naziri danışıqlar aparacaq

23 Avqust 2017 14:58 (UTC+04:00)

ABŞ-ın müdafiə naziri Ceyms Mettis və türkiyəli həmkarı Nurəddin Canikli arasında Ankarada danışıqlar baş tutacaq.

Movqe.az trend-ə istinadən xəbər verir ki, danışıqlar çərçivəsində Suriya münaqişəsi, PKK ilə mübarizə kimi məsələlər müzakirə olunacaq.

Eyni zamanda tərəflər arasında Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksi satın alması ilə bağlı müzakirələrin olacağı da gözlənilir.