Dənizdə batan əcnəbi xilas edilib

23 Avqust 2017 18:10 (UTC+04:00)

Sabunçuda dənizdə çimərkən batma təhlükəsi ilə üzləşmiş 1 nəfər xilas edilib.

Fövqəladə Hallar Nazirliyindən   verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda dənizdə çimərkən batma təhlükəsi ilə üzləşmiş 1 nəfər (xarici vətəndaş) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən xilas olunub.

Əməliyyat saat 16:29-da başa çatıb.​