Türk alimləri yeni planet tapıblar

25 Avqust 2017 20:00 (UTC+04:00)

Ankara və Egey Universitetlərinin astronomları 10 illik əmək sayəsində yeni planet tapıblar.

Movqe.az  Türkiyə KİV-ə istinadən xəbər verir ki, yeni planet Günəş sistemindən kənardadır və Yerdən 212 işıq ili məsafədə yerləşir. Atmosfer tərkibi Yupiter və Saturnun tərkibinə bənzəyir. Alimlər yeni planetə "Türk" adını qoymağı planlaşdırırlar.