Azərbaycanda hərbi hissənin silah anbarında yanğın və partlayış olub

27 Avqust 2017 10:35 (UTC+04:00)

 

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində silah anbarında yanğın baş verib.

Nazirliyin mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, nəticədə ərazidə partlama müşahidə olunub.

Hadisənin səbəblərinin öyrənilməsi və müvafiq təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi məqsədilə aidiyyəti strukturların nümayəndələrindən ibarət qrup hadisə yerindədir.

İndiyə olan məlumata görə, həlak olan və xəsarət alan yoxdur.