Masallıda yanğın olub

29 Avqust 2017 08:17 (UTC+04:00)

Masallı rayonu, Ərkivan qəsəbəsində yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən  Movqe.az-a verilən məlumata görə, Masallı rayonu, Ərkivan qəsəbəsində ümumi sahəsi 70 m2 olan tikilinin yanar konstruksiyaları 35 m2 sahədə yanıb.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 23:16-da yanğınsöndürənlər tərəfindən söndürülüb