Bakıda mənzildə kişi meyiti tapılıb

29 Avqust 2017 15:28 (UTC+04:00)

Xətaidə mənzildə kişi meyiti tapılıb.

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakının Xətai rayonunda 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Movqe.az-a  verilən məlumata görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və Nəcəfov Fəxrəddin Fərman oğlunun meyitini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 11:54-də başa çatıb.​