Cənubi Koreya sahillərində iki gəmi toqquşub, 2 nəfər ölüb, 1 nəfər itkin düşüb

31 Avqust 2017 09:49 (UTC+04:00)

Cənubi Koreya sahillərində balıqçı gəmisi barja ilə toqquşub.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, qəza nəticəsində 2 nəfər ölüb, 1 nəfər itkin düşüb.
 
Məlumata əsasən, qəza Pxoxan şəhəri yaxınlığında qeydə alınıb. Balıqçı gəmisinin göyərtəsində olan 2 nəfəri xilasedicilər sudan çıxarıb. Onlar dərhal xəstəxanaya çatdırılsalar da, həyatlarını xilas etmək mümkün olmayıb. Bir nəfər itkin düşən şəxsin axtarışları davam etdirilir.
 
Qəzanın səbəbləri araşdırılır.