Xaricdə alınmış sürücülük vəsiqəsini Azərbaycanda dəyişmək mümkündür?

1 Mart 2013 10:47 (UTC+04:00)

Oxucunun Milli.Az-a etdiyi müraciət də, məhz vaxtı bitmiş sürücülük vəsiqəsinin dəyişdirilməsi ilə bağlıdır. Vətəndaş bildirir ki, əri sürücülük vəsiqəsini Rusiyada alıb. Lakin sürücülük vəsiqəsinin vaxtı bitdiyindən onun necə dəyişməyin yolunu bilmir. Oxucu bilmək istəyir ki, sürücülük vəsiqəsini Azərbaycanda dəyişmək mümkündür, yoxsa bunun üçün Rusiyaya getmək lazımdır?


Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Milli.Az-a açıqlamasında bildirdi ki, başqa ölkədə alınmış sürücülük vəsiqəsi Azərbaycanda dəyişmək mümkün deyil. Vətəndaş avtomobili Azərbaycanda idarə etmək istəyirsə, sürücülük vəsiqəsi üçün yenidən imtahan verməlidir.


Şöbə rəisi qeyd etdi ki, əgər həmin şəxsin sürücülük vəsiqəsinin vaxtı bitmiş olmasaydı, tərcümə etdirərək nəqliyyat vasitəsini idarə edə bilərdi. Ancaq ölkə qanunvericiliyinə görə, başqa ölkədə alınmış sürücülük vəsiqəsinin Azərbaycanda dəyişdirilməsi mümkün deyil.