Əl Qaidəyə böyük zərbə

1 Mart 2013 11:52 (UTC+04:00)

En-Nahar televiziyasının verdiyi məlumata görə, hadisə  üç gün əvvəl Malinin şimalındakı Tiqarqara


Yanvarın 11-dən hərbiçilərə qarşı əməliyyata başlayan fransız qüvvələri, qarşıdurmalar əsnasında 40 Əl Qaidə hərbçisi ilə birlikdə Əbu Zeydi də qətlə yetirib.

Əlcəzair, Mali, Çad və Fransadan hələ də bu hadisənin olduğunu təsdiqləyən bir açıqlama gəlməyib. Amerikalı bir nümayəndəyə görə, xəbər etibarlıdır.


İddialara görə, islam məğrib Əl Qaidəsi lideri Əbdülhəmid Əbu Zeyd, qərbli girovları qaçırıb, sərbəst buraxma qarşılığında milyonlarla dollar pul alırmış.

Onun haqqındakı digər bir iddia da, 2009-cu ildə İngilis vətəndaşı Edwin Dyer və 2010-cu ildə də Fransız vətəndaşı Michel Germaneu-nin edam edilməsi qərarını verən adam olması istiqamətindədir.