Azərbaycanda körpü uçub, yol bağlanıb
4 Mart 2013 10:16 (UTC+04:00)
Movqe.az-in məlumatına görə hadisə ötən gün axşam saatlarında baş
verib.
Sement daşıyan ağır tonnajlı yük maşını Mişarçayın üzərindən keçmək
istəyərkən qəfildən körpü aşıb. Sürücünün sayıqlığı sayəsində
maşını vaxtında körpünün kənara çəkmək mümkün olub.
Uzunluğu 20, eni 10 metr olan körpünün uçması ilə Bakı və əks
istiqamətdə avtomobillərin hərəkəti dayanıb. Müvafiq qurumların
qəza briqadaları hadisə yerinə cəlb olunublar. Nəqliyyatın
hərəkətinin bərpası üçün alternativ yolun çəkilişi istiqamətində
tədbirlər görülür.