Təhsil Nazirliyi bu gün Məleykə Abbaszadəyə məktub göndərəcək
4 Mart 2013 11:03 (UTC+04:00)
"Təhsil Nazirliyi tərəfindən bu gün 1-ci siniflər üçün yerdə qalan
dərsliklərlə bağlı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK)
rəsmi cavab göndəriləcək". Bu məlumatı Movqe.az-a Təhsil
Nazirliyinin Dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı
verib. Onun sözlərinə görə, 1-ci sinif üzrə "Azərbaycan dili"
və "Riyaziyyat" dərsliklərinə dair yekun rəy TQDK-ə göndərilib: "Bu
gün də 1-ci siniflərin yerdə qalan dərslikləri ilə bağlı rəsmi
cavabı göndəririk".