Ermənilər atəşkəsi pozub
5 Mart 2013 10:35 (UTC+04:00)
Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistanın Noyemberyan
rayonunun Şavarşavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun
Fərəhli kəndində yerləşən mövqelərimizi atəşə tutublar.
Ağdam rayonunun işğal olunmuş Yusifcanlı, Qaraqaşlı, Xocavənd
rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Seyidəhmədli,
Qaraxanbəyli kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən
movqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Movqe.az-a verilən
məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.