BMT Təhlükəsizlik Şurasında Şimali Koreyaya qarşı yeni sanksiyalar müzakirə ediləcək

5 Mart 2013 11:08 (UTC+04:00)


ABŞ və Çin  Şimali Koreyaya qarşı yeni qarşı yeni sanksiyaların tətbiq edilməsinə dair razılığa gəlib. Movqe.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, sanksiyalar Şimali Koreyanın əvvəlki ay keçirdiyi yeraltı nüvə sınağına görə tətbiq ediləcək. ABŞ və Çin arasında olan sövdələşmənin detalları isə açıqlanmır.


  

BMT-nin Təhlükəsizlik Şurası da Şimali Koreyaya qarşı yeni sanksiyaların tətbiq edilməsini müzakirəyə çıxarmağa razılıq verib. Müzakirələrin bu gün aparılacağı bildirilir.