Suriyada üsyanlar səngimək bilmir
6 Mart 2013 16:24 (UTC+04:00)
Suriyanın
şimalındakı Rakka şəhərini
ələ keçirən
müxaliflər, Hafiz
Əsədin heykəlini yıxaraq
hakim Həsən Cəlilini
əsir alıb.
Orduya sadiq döyüş
təyyarələri isə şəhərə
bomba atmağa başlayıb.
Movqe.az -ın xəbərinə görə Cəlili
ilə yanaşı bəzi
kəşfiyyat və polis
səlahiyyətlilərinin də əsir
alındığı qeyd edilib. Mərkəzi İngiltərənin
paytaxtı Londonda olan
Suriya İnsan Haqqları İzləmə
Təşkilatına edilən
şərhdə, Həsən
Cəlilinin, qiyamın
başlanğıcından bu yana
müxaliflərin əlinə keçən
ən yüksək rütbəli
vəzifəlilərdən biri olduğunu
vurğulanıb. 500 min nəfər
əhalisi olan şəhərdə
nəzarəti təmin edən
müxaliflər, Əsəd
rejiminə sadiq döyüş
təyyarələrinin hücuma
başladığını açıqlayıb. Dünən gün
ərzində Rakkaya 60-dan
çox bomba atan
döyüş təyyarələri,
xüsusilə müxaliflərin olduğu
nöqtələri hədəf
alıb.