Milli şou-biznesin 3 məşhur bacılarından nə xəbər var, nə də… – FOTO

26 Aprel 2012 14:19 (UTC+04:00)

Azərbaycan şou-biznesinin gözəl bacıları və tanınmış simalarından xəbər yoxdur. Lamiyə, Aygün və Sehri Rəhimova bacılarının hazırkı fəaliyyətləri ilə bağlı axtarışa çıxdıq.

Ortancıl bacı müğənni Aygün Rəhimovadan Movqe.Az üçün öyrəndik ki, ailənin böyük bacısı Lamiyə Rəhimovanı hamı teleaparıcı kimi tanısa da, o, hazırda işləmir.

Kiçik bacı müğənni Sehri Rəhimova isə yaradıcılıq fəaliyyəti ilə məşğul olamağa çalışır. O, bir müddət əvvəl qonaqlıqlarda, şou proqramlarda görünsə də, hazırda arabir yaradıcılıq fəaliyyətini davam etdirməyə can atır.

Nəhayət, Aygün, özü haqqında onu dedi ki, əvvəl onu ifaçı, daha sonra teleaparıcı kimi tanıyırdılar. O da bütün iş və yaradıcılıq fəaliyyətlərini dondurub, çalışmır. A.Rəhimova gülümsəyərək, zarafatcasına dedi: "Avara, avara, avara!...".

Məlumat üçün bildirək ki, Lamiyə Azərbaycanın müxtəlif televiziya telekanallarında aparıcı kimi çalışıb. Sehri "Yeni ulduz" mahnı müsabiqəsinin və "Eurovision Azerbaijan 2012" seçim turunun iştirakçısı olub. Aygün isə əvvəl "Yeni ulduz" mahnı müsabiqəsinin iştirakçısı, dah sonra həmin müsabiqənin aparıcısı olub. Həmçinin, Aygün, Rusiyada yaradıcılıq fəaliyyəti ilə məşğul olan gürcü əsilli müğənni Soso Paviaşvili ilə duet oxuması ilə məşhur olub.

Fuad Mədətov

Movqe.Az