"Facebook", profil səhifələrindəki reklamlardan bezən üzvləri üçün ödənişli bir sistemə keçəcək patent müraciəti edib. Movqe.Az-ın məlumatına görə, "Facebook"un qurucusu Mark Zukerberqin bu tətbiq üçün 2011-ci ilin ortasında patent müraciəti etdiyi bildirilib. Bu tətbiq, istifadəçilərə profil səhifələrinin yanında meydana çıxan və istənməyən reklamlardan "təmizlənmə", yoldaşların "seçilməsi", müəyyən ismarıcların "daha görünən" hala gətirilməsi kimi xidmətlər təqdim edir. Təbii ki, "Facebook" istifadəçisinin aylıq müəyyən bir ödəniş ödəməsi müqabilində. Patent müraciəti bütün bunların reallaşacağı mənasına gəlmir. Lakin "Facebook"un hissələrinin artırılması üçün təzyiq altında olduğu güman edilir.