Movqe.az xəbər verir ki, İndoneziyada turistlərin ən çox maraq göstərdiyi yerlərdən biri olan Java adasındakı yanardağdan tüstülər yüksəldiyi bildirilib. Hökumət yanardağ mütəxəssisi Hendra Qunavan Qərbi Java bölgəsindəki Tanqkuban Perahu yanardağının bazar ertəsi günündən bu yana təxminən 500 metrdən kül püskürtdüyünü bildirib. Ölkədə həyəcan siqnalı verilib. Dağıntı və Lavanın uzaq bölgələrə yayılmadığı və dağın ətrafındakı məskunlaşma bölgələrinin təhlükəsiz şəraitdə olduğu açıqlanıb. Rəsmilər, turistlərə kraterdən ən az 1,5 kilometr uzaq dayanmaq çağırışını edib. Tanqkuban Perahu yanardağı, 2 min 84 metr yüksəkliyindədir. Xatırladaq ki, yanardağ son dəfə 1983-ci ildə aktiv hala gəlmişdi.