Bakını çirkləndirənlər…

7 Mart 2013 17:59 (UTC+04:00)

"Təmizlik imandandır" buyurur dinimiz. İman olmadıqca, təmizlik də ola bilməz. Bu gün şəhərimizdə ictimai yerlərdə kifayət qədər zibil qitilarının olmasına baxyaraq, yenə də şəhəri çirkləndirən vətəndaşlarımız var. Yolla, maşınla gedə-gedə siqareti çəkib yerə tullayanlar kim, qida məhsullarını, həmçinin ictimai yerlərdə paylanılan reklam kağızlarını alıb yerə tullayanlar kim. Hətta parkda skamyada oturub tum çırtlayan və qabıqlarını parka atan kəslərin də şahidi olmuşuq. Təbii ki, nəinki doğma şəhərimiz hətta bğtğn Yer kğrəsi bizim vətənimizdir. Bizi qoynunda saxlayan bu torpağa borcluyuq. Bir zamanalar "küləklər şəhəri" adı ilə məhşur olan olan BakımızI hələ də çirkləndirən insanlararast gəlmək olur. Odur ki, şəhərimizin çirkləndirilməsinə qarşı bir sıra ictimai yerlərdə sakinlər arasında sorğu aparmaq qərarına gəldik. Elə bu məqsədlə, Cavid parkında sorğu apararkən bir xarici vətəndaşın əlindəki tullantını atmaq üçün zibil qutusunu axtardığının şahidi olduq. Bu, olduqca ibrətamiz nğmunə idi. Sorğumuza isə üncə, parkda skamyada oturub tum çırtlayan və qabiqlarını yerə atan bir qrup gəncə "niyə yeri çirklədirsiniz" sualı ilə başladıq. Gənclərdən biri isə:

- Bu, çirkləndirmək deyil ki,parkda istirahət etməyə gəlmişik və parkın da xadimələri var. Onların da işi parkı təmizləməkdir- dedi.

Doğrudur, xadimələrin işi parkı təmizləməkdir. Amma bizim işimiz parkı çirkləndirmək deyil ki. Elə bu minvalla insanların, daha çox tələbələrin gediş-gəlişinin sıx olduğu "Elmlər akademiyası" metrosu ətrafına tərəf gəldik. Orada da sorğularımızı aparmağa başladıq. Kənardan seyr edə-edə "reklam vərəqləri"ni paylayan bir kəsin işini müşahidə edirdik. O, vərəqləri tələbələrə uzadır, tələbələrdən isə kimi almır, kimisi də alıb heç ona baxmadan əllərində bğkğb yerə atırlar. Reklam vərəqlərini paylayan gəncdən soruşduq ki, axı siz görürsüz ki, bu vərəqləri alıb yerə atırlar, niyə paylayırsız? O isə:


- Mənim işim bunları paylamaqdır.Qalan heçnə mənlik deyil. Mənə bunları paylamaq tapşırılıb- dedi.


Reklam vərəqini alıb ona baxmadan yerə tullayan bir tələbə isə sualımızn cavabında belə dedi:

- Bilirsiz, mənim o kağız haqda heç bir fikrim yoxdur. Sadəcə əlini uzadır və mən də məcbur olub alıram. Alandan sonra da neynirəm e o kağızı atıram yerə. Amma yeri çirkləndirmək fikrim yoxdur.


Metro ətrafında yeri süpürən bir yaşlı xalaya yaxınlaşıb ondan da təmizlədiyi yeri çirkləəndirən insanlara qarşı münasibətini soruşduqda o belə dedi:

- Bala, mənim işim elə budur ki, mən buraları təmizləyim. Amma o insanlar da yadda saxlasınlar ki, mən də insanam, mən də anayam.

Odur ki, şəhərimizi təmiz saxlamaq üçün hamımız bu şəhərin xadiməsi olmalıyıq. Müasir dövrdə də "Baki mədəniyyəti"ni ictimaiyyətə güstərmək şəhər sakinlərinin, vətəndaşların və digər insanların ümdə vəzifəsidir. Təmizliyə riayət etmək isə insanlığı olan hər bir insanın borcudur.