Məlumat verildyi kimi bu günlərdə Milli Məclisin iqtisadisiyasət komitəsinin üzvü Vahid Əhmədov maraqıl bir açıqlama ilə çıxış edərək Azərbaycanın dövlət müstəqilliyini bərpa etdiyi ilk illərdə kommersiya banklarında batmış əmanətlərin qaytarılmasının istisna olunmadığıın bildirib. O qeyd edib ki, 1992-ci və sonrakı illərdə vətəndaşların banklara qoyduqları əmanətlərin qaytarılması məsələsi nəzərdən keçirilə bilər: "Hazırda hökumətin gündəliyində olmasa da,gələcəkdə bu məsələyə baxıla bilər. Artıq bununla bağlı istər Milli Məclisə, istərsə də hökumətə müraciətlər daxil olmaqdadır. Sadəcə, biz əmanətlərin miqdarını, həcmini hələ müəyyənləşdirməmişik". Vahid Əhmədov bildirib ki, Azərbaycanın iqtisadi potensialı vətəndaşların bu problemini də həll etməyə imkan verir: "Bu əmanətlər onsuz da sovet dövrünün batmış əmanətlərindən qat-qat azdır. Yeganə problem bunun həcmini hesablayıb tapmaqdır".
Milli Məclisin İqtisadi siyasət komissiyasının üzvü Əli Məsimli 1992-ci və sonrakı illərdə vətəndaşların banklara qoyduqları əmanətlərin qaytarılması iəl bağıl Mövqe.az-a açıqlamasında bildirib: "1992-ci ilə qədər olan əmanətlər tam olaraq qayıtsın, ondan sonra əlavə təhlilər aparılmalı və 1992- ci ildən sonra müstəqillik dövründəki əmanətlərin də qaytarılması imkanları hərtərəfli dəyərləndirilməlidir. 2005-ci ildə biz dedik, sovet dövründən qalmış əmanətlərin məsələsini qaldırdıq, paket hazırladıq mətbuatda çıxış etdik, nə qədər bu sahədə tər tökdük, yalnız ötən ildən əmanətlərin qaytarılmasına başlanıldı". 1992-ci və sonrakı illərdə vətəndaşların banklara qoyduqları əmanətlərin qaytarılmasının tezliklə reallaşmasının mümkün ola biməyəcəyini söyləyən Əli Məsimli daha sonar qeyd edib: "Yalan vədlər verə bilmərəm. Bu, mənim təbiətimə də xas olan xüsusiyyət deyil. Sadəcə onu qeyd edim ki, bu prosesin tezliklə reallaşması hələ ki, mümkün deyil".
İqtisadi Təşəbbüslərə Yardım Ictimai Birliyinin mütəxəssisi Samir Əliyev əmanətlərin yaxın zamanlarda qaytarılıb-qaytarılmaması barədə öz fikirlərini belə ifadə edib: " Əmanətləri 2 qrupa bölmək olar. Birinci sovet dövründə yatırılmış əmanətlərdir. 1992 cil yanvarın 1-nə kimi olan əmanətləri birinci mərhələyə aid edə bilərik. Onu da hökümət qaytardı. İkinci mərhələ isə 1992-ci ildən sonra yatırılan əmanətlərdir. Bunların fərqi də ondadır ki, 1-ci mərhələdə olan əmanətlər Sovet Əmanət Bankının əmanətləri idisə, ikinci mərhələdəki əmanətlər birbaşa müstəqil Azərbaycana aid olan əmanətlərdir. Ona görə bu əmanətlərin qaytarılması məsələsinə adi formada baxılmalıdır. Yəni, insanların hesabına bu cür əmanət yatırılıbdır və insan istədiyi zaman gedib o əmanəti götürə bilər. Sadəcə burda bir nüans var, həmin dövrdə milli valyuta yeni buraxılmışdı, pullar infilyasiyaya məruz qalmışdı, yəni yatırılan pullar qiymətdən düşüb, dəyərsizləşmişdi. 2000-ci ilin ortalarından başlayarq manat sabitlik nümayiş etdirməyə başladı. Biz 1992-ci ildə yatırılan əmanətləri indi olduğu kimi qaytarsaq, bu, 2-3 çörək pulu həcimində ola bilər. Baxmayaraq ki, o dövrdə bu pullar kifayət qədər yüksək məbləğdə olub".
İqtisadçı ekspert 1992-ci ildən sonra yatrılan əmanətlərin qaytarılmasında problem görmədiyini qeyd edib: "1992-ci ildən sonra qoyulan əmanətlərin qaytarılmasında problem görmürəm. "Kapitalbank" həmin o dövrdəki əmanət bankın varisidir, həmin vaxtlarda yatırılan pullar indi "Kapitalbank"da öz əksini tapmalıdır və tapır da... Sadəcə əmanətlər öncə indeksləşdirilməlidir ki, normal dəyərə düşsün. Həmin əmanətlərin qaytarılması texniki məsələdir və bunun üçün çox zaman tələb olunmur".