Erməni yazıçı Məhəmməd peyğəmbəri təhqir etdi
9 Mart 2013 16:41 (UTC+04:00)
Türkiyədə yaşayan erməni yazıçı, jurnalist və linqvist Sevan
Nişanyan öz saytında Məhəmməd Peyğəmbəri (s.ə.s) təhqir edən məqalə
yerləşdirib.
Movqe.az-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə,
məqalə ilə bağlı Sevan Nişanyana qarşı İstanbul məhkəmədə iddia
qaldırılıb. Yazıçı xalqın bir hissəsi olan dini dəyərləri təhqir
etməkdə günahlandırılır.
Yaxın günlərdə Nişanyanın İstanbulun cinayət işləri üzrə
məhkəməsinə çağırılacağı bildirilir. Erməni jurnalistə qarşı irəli
sürülən ittiham çərçivəsində o, 9 aydan 1,5 ilə qədər azadlıqdan
məhrum edilə bilər.