Azərbaycan neftinin qiymətləri: 4-8 mart həftəsinin yekunları
9 Mart 2013 16:57 (UTC+04:00)
Ötən həftə, 4-8 mart tarixində Azərbaycanın İtaliyanın Augusta
limanından CIF şərtləri ilə Supsa, Batumi (Gürcüstan) və Ceyhan
(Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü
neftinin orta qiyməti təqribən 113,65 dollar/barel təşkil edib ki,
bu da ötən həftənin qiymətindən 2,28 dollar/barel azdır.
Movqe.az-in məlumatına görə, 4-8 mart həftəsində AZERI LT-nin
qiyməti maksimum 114,08, minimum isə 112,69 dollar/barel təşkil
edib.
"Azeri Light"ın API üzrə qatılığı 34,6 dərəcə, kükürdün miqdarı isə
0,14 faizdir.
4-8 mart həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı
URALS (EX-NOVO) növlü neftinin orta qiyməti 106,66 dollar/barel
təşkil edib ki, bu da ötən həftənin göstəricisindən 1,83
dollar/barel azdır.
4-8 mart həftəsində URALS-ın qiyməti maksimum 107,35, minimum isə
105,99 dollar/barel olub.
URALS-ın API üzrə qatılığı 32 dərəcə təşkil edir, kükürdün miqdarı
isə 1,3 faizdir. Lakin satış zamanı müxtəlif vaxtlarda, tərkibində
daha çox keyfiyyətli (və ya daha az) neftlərin dominantlığından
asılı olaraq, bu neftin spesifik xüsusiyyətləri dəyişir.
4-8 mart həftəsində "Brent Dated" növünün orta qiyməti 110,04
dollar/barel təşkil edib ki, bu da ötən həftənin göstəricisindən
təqribən 2,49 dollar/barel azdır.
Ötən həftə "Brent Dated"in maksimum qiyməti 110,55, minimum isə
108,97 dollar/barel təşkil edib.
"Brent Dated"in API üzrə qatılığı 38,3 dərəcə, kükürdün miqdarı isə
0,36 faizdir.