Daxili işlər naziri vətəndaşları qəbul edib
9 Mart 2013 17:10 (UTC+04:00)
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən
Movqe.az-a verilən məlumata görə, həmin gün Rayon Polis
Şöbəsində Bərdə, Ağcabədi, Goranboy, Beyləqan, Tərtər, Naftalan,
Ağdam, Füzuli, Laçın, Şuşa, Xocavənd, Xocalı şəhər və rayonlarının
bir qrup sakinini qəbul edən nazir müraciətləri şəxsən dinləyib,
onların dərhal, operativ şəkildə həll edilməsi üçün aidiyyəti üzrə
Baş İdarə və xidmət rəislərinə müvafiq tapşırıqlar verib.
Daxili işlər naziri tərəfindən qəbul edilən 30 vətəndaşın
müraciətlərinin böyük əksəriyyəti elə yerindəcə öz həllini
tapıb.
Qalan müraciətlərin də obyektiv şəkildə araşdırılacağı və konkret
tədbirlər görüləcəyi bildirilib.