İrana qarşı yeni sanksiyalar hazırlanır
9 Mart 2013 17:15 (UTC+04:00)
Movqe.az-in "Fars" xəbər agentliyinə istinadən verdiyi
məlumata görə, sanksiyalar əsasən İran rəsmilərini hədəf
alacaq.
Belə ki, AB 9 İran rəsmisinə və daha bir neçə şəxsə qarşı sanksiya
tətbiq etməyə hazırlaşır. Sanksiyalar həmin şəxslərə İranda insan
haqları pozuntularına yol verdiklərinə görə tətbiq ediləcək.
Hələlik onların adları açıqlanmayıb.
Qeyd edək ki, martın 8-də ABŞ Maliyyə Nazirliyi İrana qarşı yeni
sanksiya tətbiq etməsi üçün AB-ni razı salmağa çalışdıqlarını
açıqlamışdı. AB bundan əvvəl də İranın bir çox rəsmisinə sanksiya
tətbiq edib, onların xaricdəki bank hesablarını dondurub.