Meyvə-tərəvəzin də pasportu olacaq

10 Mart 2013 11:24 (UTC+04:00)
Movqe.az-in məlumatına görə kənd təsərrüfatı sahəsində daha bir yeniliyin tətbiq olunması gözlənilir. Belə ki, bundan sonra ölkəmizdə istehsal olunan yerli təsərrüfat məhsulları pasportlaşdırılacaq. Buğda sortlarının, eləcə də məşhurluğu ilə seçilən Göyçay narı, Quba alması, Lənkəran limonu, Şamaxı üzümü və digər yerli meyvə-tərəvəzin pasportları olacaq. Pasportlarda həmin məhsullar haqqında bütün genetik məlumatlar öz əksini tapacaq.