Polad Alemdar ürəyindən əməliyyat olundu
11 Mart 2013 11:06 (UTC+04:00)
Movqe.az AHT-yə istinadən bildirir ki, İstanbuldakı Maslak
Acıbadem hospitalına aparılan Şaşmaz bürada müayinə olunub.
Həkimlərin dediklərinə görə, Şaşmazın damarlarındakı kiçik tıxanma
aradan qaldırılıb.
Daha dəqiq olsaq, Şaşmazın ürək damarlarından birində tıxanma
yarandığı üçün qısamüddətli koronar angioqrafiya əməliyyatı
aparılıb.
Onun ayağından damar kəsiyi götürülərək ürəyə gedən aorta damarına
tikilib.
O, qısamüddətli istirahətdən sonra yenidən serialın çəkilişlərinə
qayıdacaq.
Aktyorun xanımı Nagehan Şaşmazı dediyinə görə, əməliyyat
uğurla keçib.
"Kurtlar Vadisi Pusu" serialını çəkən Pana Film studiyasının
rəhbərliyi xəstəxanada Şaşmaza baş çəkiblər.