Mumyalarda xəstəlik aşkarlanıb
12 Mart 2013 17:03 (UTC+04:00)
Movqe.az xəbər verir ki, edilən yeni
bir araşdırma müasir
dövrün xəstəliyi olaraq
bilinən ürək tutmasının
keçmiş insanlarda da
olduqca geniş yayılmış
olduğunu müəyyən edib.
Dörd fərqli antik
dövrdən qalan 137
mumiyaya tətbiq olunan
kompüterli tomoqrafiya
nəticələrində,
mumiyaların təxminən üçdə
birində ürək və
damar xəstəliklərinə rast
gəlinib.
Misir,
Peru, Cənub-Qərbi
Amerika və Alyaskanın
Aleutian Adalarında olan
mumiyaları araşdıran elm
adamları, 47 mumyada
damar daxilində əhənglənmə
təyin edib. Damar sərtliyinə
rast gəlinən mumiyaların çox
böyük bir hissəsinin
yaşlı şəxslərə aid
olduğuna işarə edən
tədqiqatçılar, bu
kəslərin ölümünə hər hansı
bir ürək narahatlığının
yol açıb açmadığının
isə bilinmədiyini qeyd
edib.