Həyatına cizgi film çəkilir

13 Mart 2013 14:33 (UTC+04:00)

Dünyanın texnologiya nəhəngi "Apple"ın qurucularından Stiv Cobsun həyatı Yaponiyada manga (yapon cizgi filmi) olaraq nümayiş olunacaq. Movqe.Az-ın məlumatına görə, Yaponiyada ümumiyyətlə qadınların seçim etdiyi "Kiss" adlı jurnal, Cobsun həyatına ardıcıl şəkildə səhifələrində yer verəcək. Manganı da etdiyi şəkillərlə mükafatlar qazanan Mari Yamazaki çəkəcək. Yamazakinin şəkillərinin "cazibədar və təsir edici" olması ilə bərabər Cobs ilə uzaqdan qohum olmalarının da sənətçinin seçilməsində rol oynadığı qeyd edilib. Mari Yamazakinin, Cobsun həyatının izah edən Ualter İsaakson imzalı kitaba bağlı olan Manga çəkəcəyi bildirilib. Stib Cobsun həyatı ilk dəfə manga olaraq nümayiş olunacaq. Onun həyatı ağ pərdəyə də çıxarılacaq.