Keçən il paytaxt Moskvada o dövrdə Baş nazirlik vəzifəsini icra edən və hazırda Dövlət Başçısı olan Vladimir Putini tənqid edən bir mahnı səsləndirdikləri üçün iki il həbs cəzasına məhkum edilən "punk rock" qrupu "Pussy Riot" üzvlərinə qeyri-adi bir dəstək gəlib. Movqe.Az-ın məlumatına görə, bu ayın əvvəli qatıldığı "Miss Russia 2013"ün qalibi olan Elmira Abdrazakova, qrupun üzvlərinə verilən cəzaları tənqid edib. Abdrazakova dindar bir insan olmasına baxmayaraq qrup üzvlərinə avqust ayında verilən həbs cəzalarının çox sərt olduğunu söyləyib.