Havada infartk riski var -SOS
15 Mart 2013 11:02 (UTC+04:00)
Ölkədə qeydə alınan dəyişkən hava şəraiti səhhətindən narazılıq
edənlərin sayını artırıb. Havaların gah isti, gah da soyuq keçməsi
əhali arasında respirator, ürək, qan-damar və sair kimi
xəstəliklərin baş qaldırmasına səbəb olub. Əzginlik, bel, oynaq
ağrılarından şikayətlənənlərin sayı da kifayət qədərdir. Tibb
Universiteninin Ümumi gigiyena və ekologiya kafedrasının dossenti
Adil Məmmədov Movqe.az-a açıqlamasında mövcud dəyişkən hava
şəraitinin ürək-qan damar xəstəliyindən əziyyət çəkən insanlar üçün
xüsusilə təhlükəli olduğunu söyləyib. A. Məmmədov bildirib ki,
dəyişkən hava şəraiti infarkt riskini artırır: "İnsan orqanizmi
bioloji ritmlərlə işləyir. Ona görə də havada baş verən kəskin
dəyişiklik orqanizmə öz təsirini göstərir. Xüsusilə oktyabr-noyabr
və mart-aprel aylarında havada kəskin dəyişikliklərin olması qanın
laxtalanması ilə müşayət olunur. Artıq insanların yayda
orqanizmlərində olan vitaminlər bu dövrdə tükənir. Bu isə
orqanizmdə immuntetin zəifləməsinə gətirib çıxardır. Orqanizmin
zəifləməsi, havada baş verən dəyişiklər, maqnit fırtınası
bədəndə tarazlığı pozur. Bu isə ürək, qan-damar, asma və sair kimi
xəstəliklərin baş qaldırmasına səbəb olur".
A. Məmmədov insanların bu fəsildə dəyişkən hava şəraitində
sağlamlıqlarının qeydinə daha çox qalmalarının vacib olduğunu
söyləyir. Onun sözlərinə görə, ilk növbədə insanlar əmək şəraitinə,
yuxu rejiminə, qida qəbuluna diqqət göstərməlidirlər. C və E
vitaminləri ilə zəngin səmərəli və tarazlaşdırılmış qidalar qəbul
etməlidirlər ki, orqanizmin bu fəsildə müqavimıti aşağı düşməsin.
A. Məmmədov ürək, təyziq kimi xəstəlikləri olan insanların dəyişkən
havada çox qalmamalarını, ev şəraitində dincəlmələrini məsləhət
gördü.