Hadisə məhkəməni uduzdu
15 Mart 2013 15:26 (UTC+04:00)
Müğənni Hadisə, "Twitter" vasitəsilə özü haqqında "Beyonsa oxşamaq
üçün 40 soba çörək yeməsi lazım idi. 40 soba çörəyi yedi, obez
oldu", "Vergisini PKK dəstəkçisi Belçikada ödəyir" və s. şəklində
şərhlər yazması səbəbi ilə Erol Köseyə qarşı qaldırdığı 8 min
TL-lik məhkəməni uduzub. Movqe.Az türk
mediasına istinadən bildirir ki, Hadisənin qısa bir müddət sonra
"Erol Köse bizim böyüyümüzdür, nə desə doğrudur" şəklində dediyi
sözlərindən sonra Erol Köse ilə barışsalar da bu vəziyyət uzun
sürməyib. Erol Kösenin yenə "Twitter"dən "Vergisini PKK dəstəkçisi
Belçikada ödəyir" şəklindəki mesajı Hadisəni məhkəməyə müraciət
etməyə vadar edib. Məşhur müğənni təxminən 1.5 il əvvəl İstanbul
Asliyə Hüquq Məhkəməsinə müraciət edərək, 8 min TL-lik mənəvi
təzminat iddiası açıb. Ancaq məhkəmə, iddianın rədd edilməsinə
qərar verib.