Rəsmi Bakı ABŞ Milli Demokratiya İnstitutunun Azərbaycanda aksiyalar təşkil etməsinə dair məsələni araşdırır
15 Mart 2013 15:59 (UTC+04:00)
Rəsmi Bakı ABŞ Milli Demokratiya İnstitutunun Azərbaycanda
aksiyalar təşkil etməsinə dair məsələni araşdırır.
Movqe.az-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri
Elmar Məmmədyarov cümə günü keçirilən mətbuat konfransında
bildirib.
Məmmədyarov deyib ki, bu məsələ araşdırıldıqdan sonra ictimaiyyətə
ətraflı məlumat veriləcək.
Nazir bildirib ki, Bakıda sonuncu etiraz aksiyası qeyri-qanuni
keçirildiyi üçün onun qarşısı alınıb.
Onun sözlərinə görə, etiraz aksiyası keçirmək üçün Bakı Şəhər İcra
Hakimiyyətinə müraciət etmək lazımdır.
"Əvvəlki vaxtlarda təyin olunmuş yerlərdə aksiyalar keçirilirdi və
qanun çərçivəsində olan aksiyalara hər hansı müdaxilə edilməyib.
Qanunsuz aksiyalar keçiriləcəksə, hüquq-mühafizə orqanları qanun
çərçivəsində öz tədbirlərini görəcəklər", - nazir deyib.
Qeyd edək ki, bəzi KİV-də ABŞ Milli Demokratiya İnstitutu
tərəfindən Azərbaycanda "Facebook" sosial şəbəkəsi vasitəsilə
inqilab planlaşdırılması layihəsinə 2 milyon dollar ayırdığı barədə
məlumat yayılıb.