Partlayış olub

15 Mart 2013 22:25 (UTC+04:00)
Movqe.az xəbər verir ki, Pakistanın Karaçi şəhərində bir nəzarət sahəsində meydana gələn partlayışda 3 nəfər həlak olub, 6 nəfər yaralanıb. Polis rəsmisi, şəhərin Muzafferabad bölgəsində qaynağı hələ təyin oluna bilməyən partlayışda həlak olanlardan birinin polis olduğunu, yaralı olaraq xəstəxanaya sövq edilənlərin hamısının vəziyyətinin ağır olduğunu söyləyib. Partlayışın reallaşdığı bölgənin yaxınlığında olan NATO təchizat vasitələrinin ziyan görmədiyi bildirilib.