Xulio İqlesias ermənicə mahnı oxuyacaq
17 Mart 2013 08:39 (UTC+04:00)
Movqe.az-in erməni mətbuatına istinadən verdiyi məlumata görə,
Ermənistana gəldiyinə görə xoşbəxt olduğunu deyən İqlesias erməni
dilində mahnı oxumağa hazırlaşdığını söyləyib: "Ömrümə az qalıb,
erməni dostlarımın vətənində olmaqdan məmnunam".
Ermənistanın İsveçrədəki səfiri Şarl Aznavurla yaxın dost olduğunu
bildirən İqlesias deyib ki, onunla bir çox mahnıları ifa edib:
"Bizim aksentimiz, dilimiz ermənilərə çox yaxındır. Son 45 il
ərzində mən minlərlə erməni tanıdım. Onlar dünyada öz
mədəniyyətlərini bölüşürlər".