Qısqanc ər ailəsini və özünü benzinlə yandırdı
17 Mart 2013 08:47 (UTC+04:00)
Movqe.az-in Rusiya KİV-ə istinadən xəbərinə görə, olay
nəticəsində dörd nəfər ağır yanıq xəsarəti ilə xəstəxanaya
yerləşdirilib. Yaxınları ilə birgə evini də yandıran 33 yaşlı kişi
bunu qisqanclıq zəminində törədib.
Olay Rostovun Dəmiryolu rayonunda baş verib. Vladimir P. arvadı ilə
dalaşaraq evi tərk edib. Bu müddət ərzində o, arvadının özünə yeni
məşuq tapacağını düşünürmüş. Vladimir beynində bu düşüncələrlə
martın 5-də səhər evə dönüb. Onun əlində isə benzinlə dolu qab
olub. Arvadı 26 yaşlı Oksananın yalvarışlarına məhəl qoymayan
Vladimir 1 yaşlı oğluna belə acımayaraq benzini onların üstünə
töküb. Üstəlik yanacaq evdə qonaq olan baldızı Hannanın da üstünə
sıçrayıb. Qısqanc ər kibriti yandırınca evi alov bürüyüb. Oksana
cəld tərpənərək oğlunun bədənini qarsıyan alovu söndürə bilib. Amma
buna baxmayaraq, körpə xəsarət alıb və o, hazırda şəhər
xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Eləcə də uşağın
anası, xalası və olayın səbəbkarı olan atası da xəstəxanaya
yerləşdirilib.