Qaynana gəlini bıçaqladı sonra isə başını kəsdi

17 Mart 2013 09:55 (UTC+04:00)

Türkiyənin İzmir şəhərində dəhşətli hadisə baş verib. Birinci ərindən döyüldüyünə görə boşanıb, ikinci dəfə ailə həyatı quran Qəmzə Nur Özcan qayınanası tərəfindən 3 yaşlı qızının gözü qarşısında bıçaqlanaraq öldürülüb.


Məlum olub ki, Qəmzə ölməmişdən əvvəl tez-tez anasına ölərsə, uşaqlarına baxmasını tapşırırmış. Bir ay əvvəl isə polisə gedərək qorunmaq qərarı aldırmaq istəyib, lakin əri ilə barışdığından yenidən evə qayıdıb.


Hadisə isə belə baş verib. Şiddət gördüyünə görə uşağını götürüb, başqa evə köçən 27 yaşlı Qəmzənin yanına qayınanası gedib. 40 yaşlı qayınana ilə gəlin arasında mübahisə yaranıb. Mübahisə zamanı S.P. əlindəki bıçaqla nəvəsinin gözləri qarşısında gəlini bıçaqladıqdan sonra başını kəsib. Sonra isə qapını bağlayaraq qaçıb. Qəmzənin ərinin birinci evliliyindən olan oğlu Özcan marketdən qayıtdıqda anasını qanlar içində görərək polisə xəbər verib. Qayınana yaxalanıb. O, polis bölməsinə gülə-gülə gedib.