Alimlər insanları depressiyaya salan beş vərdişi müəyyən ediblər.
1.Ətrafdakılardan özünə acımalarını tələb etmək və özünə yazığı gəlmə
Yazığı gəlmə hissi çox pis hissdir. O insanı ətrafdakılardan asılı edir və problemləri həll etmə bacarığını öldürür. Vəziyyətdən ən yaxşı çıxış yolu özünü toparlayıb, qazandığın uğurları xatırlamaqdır.
2.Xoş olmayan işi görmək vərdişi
Hər kəs həyatında dəfələrlə xoş olmayan iş görməli olur. Amma bunu edərkən düşünsəniz ki, xoş deyil bu sizi depressiyaya salar. Ona görə də hər xoş olmayan işdən çıxış yolunu tapmaq lazımdır. Məsələn, özünüzü pis işə deyil yaxşı işə hazırlayın. Hər pis işdə bir xoş və maraqlı yön tapın.
3.Keçmişlə yaşamaq vərdişi
Keçmişin yükünü özünüzlə daşımayın. Bu sizi uğursuz insana çevirər. Gələcəyi düşünsəniz, həmişə xoş olarsınız.
4.Özünü başqaları ilə müqayisə etmə vərdişi
Ən yaxşı müqayisə özünüzün keçmişinizlə bu gününüzü müqayisədir. Başqaları ilə müqayisə doğru addım deyil və depressiyaya salır. Bu sizdə paxıllıq və natamamlıq kompleksi yaradar.
5.Özünü başqalarından pis hesab etmə vərdişi
Bu vərdiş adətən uşaqlıqdan yaranır. Böyüklər uşaqları daim danlayanda uşaq özünün həmişə başqalarından pis olduğunu düşünür. Özünüzdən razı olun.