İranda 17 Azərbaycan vətəndaşı saxlanılıb
18 Mart 2013 10:50 (UTC+04:00)
İran və Türkiyə sərhədini qanunsuz yolla keçməyə cəhd göstərən 17
Azərbaycan vətəndaşı İran sərhədçiləri tərəfindən saxlanılıb. Bunu
İranın İslam Respublikası Sərhəd Qoşunlarının komandiri, general
Hüseyn Zülfüqari deyib. Movqe.az-in məlumatına görə, bu barədə MEHR
agentliyi məlumat verib.
Zülfüqari deyib ki, saxlanılan şəxslərdən 15-i kişi və 2-si isə
qadındır.
Onun sözlərinə görə, insan qaçaqçıları həmin şəxsləri sərhəd
ərazisində buraxıb gediblər və sərhədçilər kənd sakinlərinin
dəstəyi ilə soyuq hava və qar nəticəsində həyatları təhlükədə olan
17 azərbaycanlını ölümdən xilas ediblər.