Yaponiyada 2 il əvvəl meydana gələn "dünyanın ən bahalı qəzasında" iştirak edən 10 adam avtomobil idarə edərkən istəməyərək yaralama ittihamı ilə mühakimə olunacaqlar. Movqe.Az-ın məlumatına görə, Yamaquçi əyalətində baş verən bu qəzada səkkiz "Ferrari", üç "Mercedes-Benz", bir "Lamborghini" və iki əlavə avtomobil bir-birilə toqquşub. Polis, qəzanın "Ferrari"nin birinin lent dəyişdirməyə çalışdığı sırada dirəyə dəyməsi ilə baş verdiyini bildirib. Qəzanı görən bir adam, sürətlə gedən avtomobillərdən birinin sürücüsünün idarəni itirdiyini və birdən bir qrup avtomobilin bir-birinə dəydiyini qeyd edib. İkisi ciddi olmaq üzrə cəmi 6 adam yaralanıb. Şossenin təxminən altı saat bağlanmasına səbəb olan qəzanın ziyanı 4 milyon dollara yaxın olduğu bildirilib. Yaşları 37 ilə 60 arasında olan 10 sürücüyə, iki ildən sonra rəsmi olaraq cəza verilib. Belə ki, sürücülər avtomobil sürərkən istəməyərək yaralamağa səbəb olmaqdan mühakimə olunacaq. Onlara neçə il cəza veriləcəyi barəsində hələ heç bir məlumat verilməyib.