Amerika Birləşmiş Ştatlarının Merilənd əyalətində keçən il quduz mikroblu böyrək nəqli edilən xəstə quduraraq dünyasını dəyişib. Movqe.Az BBC-nin xəbərinə istinadən bildirir ki, adı bildirilməyən xəstəyə keçən il quduz mikrobu qaparaq vəfat edən bir donorun böyrəyi nəql edilib. Eyni donordan alınan ürək, qaraciyər və digər böyrək də ayrı-ayrı üç xəstəyə də nəql edilib. Ancaq Merilənddəki böyrək nəqli edilən xəstə keçən həftə qudurarak ölüb. Amerika Xəstəlik İdarə Mərkəzi (CDC) istər donorun, istərsə də böyrək nəqli edilən xəstənin quduzdan öldüyünü təsdiqləyib. Mərkəz bu hadisədən sonra orqan nəqli edilən İllinois, Corcia və Florida əyalətlərindəki digər üç xəstəyə də quduza qarşı müalicə tətbiq olunduğunu bildirib.