Zəlzələ olub
18 Mart 2013 17:58 (UTC+04:00)
Movqe.az xəbər verir ki, Pakistanın
şimal bölgələrinə təsir edən
Rixter şkalasına görə 5,4
bal gücündə zəlzələ
meydana gəlib. Pakistan
Meteorologiya Ofisi, orta
şiddətli təkanın mərkəzi
əsasının Hindiquş dağları
olduğunu bildirib. Çirtal
və Svat bölgələrində
qorxu və çaxnaşmaya
səbəb olan təkanın
can və mal
itkisinə yol açıb
açmadığı hələlik
bilinmir.