Almaniyadan Ukraynayanı baykot etdi
27 Aprel 2012 14:17 (UTC+04:00)
Mövqe.az
xəbər verir ki, Almaniya höküməti Ukraynada həbsxanada gözətçilər
tərəfindən şiddətə məruz qalması səbəbilə aclıq aksiyasına başlayan
Yuliya Timoşenkoya görə Kiev rəhbərliyinə qarşı münasibətini
dəyişib. Almaniya prezidenti Joachim Gauck mayın
ortasında Ukraynada keçirilməsi nəzərdə tutulan
zirvəyə, Almaniya Baş Naziri Merkel isə 6 həftə sonra baş tutacaq
Avropa Çempionatı üçün Ukraynaya getməmək qərarı alıb. Almaniya
Parlamentinin Xarici Əlaqələr üzrə Komitəsinin sədri Rupreçt Polenz
Timoşenkonun bədənində yaranan xəsarətlərə görə Almaniyada
müalicə olunmasına icazə verilməsini istəyib.
Avropa Birliyi Xarici İşlər üzrə nümayəndəsi Katherine Aşton da
Ukraynaya müraciət edərək "AB nümayəndələrinin Timoşenkonu
ziyarət etmələrinə icazə verilməlidi" deyib.
Xatırladaq ki, Ukraynada "Narıncı inqilabın" simvolu kimi tanınan
keçmiş Baş Nazir Yuliya Timoşenko Rusiya ilə 2009-ci ildə
imzaladığı təbii qaz müqaviləsində dövlət büdcəsinə ziyan vurması
səbəbiylə 7 il həbsə məhkum olmuşdu.
Əfqanə Məzahirqızı