Dəfndən sonra daha da qızışdılar
27 Aprel 2012 14:22 (UTC+04:00)
Mövqe.az
"Euronews"a istinadən bildirir ki, Bahreyndə Formula 1 yarışına
qarşı təşkil edilən etiraz nümayişində həyatını itirən Salah Abbas
Həbib üçün yürüyüş edilib.
Polisin müdaxiləsi nəticəsində həyatını itirən nümayişçi üçün
paytaxt Mənamada geniş bir cənazə mərasimi təşkil edilib.
Cənazə mərasimindən sonra nümayiş üçün bir yerə toplaşanlardan
bəziləri polis bölməsinə hücum edib.
Qaz bombalarıyla polis bölməsini atəşə tutan nümayişçilərə polis
göz yaşardıcı qaz və baş gicəlləndici əl bombalarıyla cavab
verib.
Sünni rəhbərliyinin dünyaya öz reklamını etmək üçün Formula 1
yarışını istifadə etdiyini irəli sürən şiə qrupları yarışdan əvvəl
Bahreyn küçələrini atəşə tutub. Çıxan hadisələrə baxmayaraq
yarışlar ləğv edilməyib.
Ziba Yusifova