Gülər Əhmədovanın vəkili pul məsələsinə aydınlıq gətirdi
20 Mart 2013 10:05 (UTC+04:00)
"Gülər Əhmədovanın mənim pulumu ödəməməsi ilə bağlı mətbuatda dərc
olunan informasiya yalandır. Mən sabiq millət vəkilini müdafiə
etdiyimə görə, onunla razılaşdığım qonararı almışam. Mətbuat bu
xəbəri hansı mənbədən əldə edib kimə istinadən yayıb bilmirəm. Bu
xəbəri oxuyanda özümdə məəttəl qaldım ki, bu xəbər haradan
çıxıb".
Bu məlumatı Movqe.az-a Gülər Əhmədovanın vəkillərindən biri-Eldar
Qədimi sabiq millət vəkilinin onun pulunu verməməsi barədə
mətbuatda yer alan informasiyalara münasibətində bildirib. Vəkil
deyib ki, ondan bu məlumatı dəqiqləşdirən də olmayıb: "Mənim əlaqə
nömrəm jurnalistlərdə var. Ən azından bu xəbərin doğru
olub-olmadığını məndən soruşub dəqiqləşdirə bilərdilər. Yalan
məlumatı mətbuatda dərc etmək peşəkarlığa ziddir. Mən qonararımı
almışam. Bundan sonra Gülər Əhmədovanın məni seçib-seçməməsi yenə
onun öz işidir. Əgər yenə məni seçsə təbii ki, qonarar əsasında
işləyəcəyik".