Rəhim Qazıyev sərbəst buraxılıb
20 Mart 2013 13:33 (UTC+04:00)
Martın 19-u axşam saatlarında saxlanılan keçmiş müdafiə naziri
Rəhim Qazıyev gecə saatlarında sərbəst buraxılıb. Movqe.az-ın
məlumatına görə, Rəhim Qazıyev "Azadlıq" qəzetinə deyib ki, evindən
çıxaraq "Azadlıq" radiosuna verilişə gedərkən Memarlıq və İnşaat
Universitetinin yaxınlığında onu saxlayaraq, DİN-in Mütəşəkkil
Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıblar.
Dediyinə görə, idarədə ona son vaxtlar mətbuatdakı çıxışları ilə
bağlı xəbərdarlıq ediblər. Keçmiş müdafiə naziri kameralardan
birində 2 saat saxlandıqdan sonra sərbəst buraxılıb.