Avropa Şurası Parlament Assambleyasının (AŞPA) növbəti yaz
sessiyası aprelin 22-26-da Strasburqda keçiriləcək. APA-nın məlumatına görə, ilkin gündəliyinə
əsasən, sessiyada Azərbaycanla bağlı məsələlərin müzakirəsi nəzərdə
tutulmur. Gündəliyə Ermənistanda keçirilmiş prezident seçkiləri,
Türkiyə ilə postmonitorinq dialoqu, gənclərin fundamental hüquqlar
əldə etməsi və s. məsələlər daxil edilib. Sessiya çərçivəsində
Avropa Şurasının insan haqları üzrə komissarının öz fəaliyyəti
haqqında illik hesabatını təqdim etməsi, Almaniya prezidenti və
Gürcüstan baş nazirinin çıxışları nəzərdə tutulur.