ABŞ-ın daha bir ştatı Xocalı faciəsi ilə əlaqədar qətnamə qəbul etdi
21 Mart 2013 13:36 (UTC+04:00)
Azərbaycanın ABŞ-dakı səfirliyinin mətbuat xidmətindən APA-ya
verilən məlumata görə, qətnamədə erməni silahlı qüvvələri
tərəfindən Xocalı şəhərində törədilmiş cinayətin qurbanları anılır
və Xocalı hadisələri 1988-ci ildən Azərbaycanın Dağlıq Qarabağ
regionunda erməni hərbi qüvvələri tərəfindən həyata keçirilən hərbi
təcavüz və etnik təmizlənmənin tərkib hissəsi olduğu qeyd
edilir.
Qətnamədə həmçinin Xocalı faciəsinin beynəlxalq qeyri-hökumət
təşkilatları tərəfindən adət hüququnun kobud şəkildə pozulduğu
dəhşətli faciə kimi qiymətləndirildiyi əks olunur.
Qeyd edək ki, Pensilvaniya ştatı ilə yanaşı, ABŞ-ın digər ştatları,
o cümlədən Missisipi, Meyn, Texas, Arkanzas, Oklahoma, Nyu Meksiko,
Tennessi ştatlarının qanunverici orqanl