Avropa Birliyi Ermənistana səslənib
21 Mart 2013 16:22 (UTC+04:00)
Movqe.az xəbər verir ki, Avropa
Birliyi (AB), Ermənistandan
Metsamor nüvə stansiyasının
fəaliyyətini dayandırmasını
istəyib. AB-nin Ermənistan
Ofisi müdiri Traian
Hristea, təşkil etdiyi mətbuat
konfransında,
"Avropa Qonşuluq
Siyasəti" Ermənistan
Hesabatının ictimaiyyətlə
paylaşıb. Hristea, Metsamor
stansiyasının,
Ermənistan-AB
əlaqələrinin gündəmindəki ən
əhəmiyyətli mövzulardan biri
olduğunu bildirib.
Stansiyanın hələ də
fəaliyyətini davam
etdirməsinə narahatlıq
duyduqlarını ifadə edən
Hristea, "stansiyanın
fəaliyyətinin dayandırılması
üçün qısa zamanda
bir proqram hazırlanması
üçün Ermənistan hökumətinə
müraciət etdik. Stansiya
fəaliyyəti başa çatdıqdan
sonra, Ermənistanın enerji
təhlükəsizliyini təmin etmək
üçün Ermənistan hökuməti
ilə alternativ qərarları
müzakirə etməyə hazırıq"
deyə bildirib.
1970-ci illərdə inşa
edilən stansiya, qondarma
Ermənistanın paytaxtı
İrəvana 32 km, uzaqlıqda yerləşir.
Köhnə sovet texnologoyası ilə inşa edilən nüvə
stansiyası zəlzələ bölgəsində
olduğu üçün həm
qondarma Ermənistan dövləti, həm
Türkiyə, həm Azərbaycan həm də
digər qonşu ölkələr
üçün təhlükə
yaradır.