Su haqqında 10 maraqlı fakt
22 Mart 2013 11:58 (UTC+04:00)
Ümumi oxşarlıq və statistika
1. Su yeganə nemətdir ki, üç - bərk, maye və qaz formasına
malikdir. Bundan başqa onun özündə bir sıra digər komponentləri, o
cümlədən atom molekullarını da birləşdirmək xüsusiyyəti var.
2. Planetin 75 faizi su ilə örtülüdür. Yer kürəsindəki suyun 97,5
faizini okean suları təşkil edir. Yalnız 2,5 faiz su təmizdir.
Təmiz suyun 70 faizi buzlaqlarda cəmləşib. İnsanın əldə edə
biləcəyi 30 faiz suyun yalnız 1 faizi içmək üçün yararlıdır ki, bu
da dünya suyunun yalnız 0,007 faizidir. Təmiz su belə istifadə
olunur: 70 faiz irriqasiyaya, 22 faiz sənaye müəssisələrinə, yalnız
0,08 faiz məişət ehtiyaclarının ödənməsinə.
3. Suyun istilik tutumu xüsusiyyəti onun sənayedə istifadəsinə
imkan verir. Məsələn, dəmirin 1 dərəcə qızdırılmasına eyni çəkidə
olan suyun qızdırılmasına lazım olan enerjidən daha az enerji
lazımdır.
Su və sağlamlıq
4.İnsan orqanizmində su oksigendən sonra ikinci yeri tutur.
Qanımızın 92 faizi sudan ibarətdir. İnsan beyninin 75, sümüklərinin
isə 22 faizini də o təşkil edir. Əgər insan bədənindəki suyun 2
faizini itirirsə, o zaman susuzluq hiss edir. İtki 6-8 faiz arası
olanda bədbin əhval-ruhiyyə, 10 faizə çatanda qallusinasiya halı
yaşanır, 12 faizdə isə ölüm baş verir. Yeməksiz 6 həftə yaşaya
bildiyimiz təqdirdə, susuz bu, cəmi bir neçə gün mümkündür.
5. Təmizlənməmiş su insanda baş verən xəstəliklərin 80 faizi üçün
səbəb ola bilər. Qarın boşluğu xəstəliklərindən yaranan ölüm
hallarının səbəbinin 88 faizini keyfiyyətsiz sudan istifadə təşkil
edir.
6. İnsan ömrü boyu orta hesabla 35 ton su içir. Ondan 105 litri,
yəni təxminən 420 stəkanı duzlu və təmiz deyil.
7. Bir stəkan qazlı sudan sonra 30 stəkan adi su içmək lazımdır ki,
orqanizmdəki turşu-qələvi balansı bərpa olunsun.
Su və ekologiya
8. Hər 4 şəhər sakinindən biri təmiz suya çıxış imkanına malik
deyil. Yer kürəsi əhalisinin təqribən yarıdan çoxu təmiz su
baxımından çatışmazlıq hiss edir.
9. İçməli suyun üçdə biri yalnız su borularındakı sızmalar
səbəbindən insanlara çatmır. İnkişaf etməkdə olan ölkələrdə lazım
olan suyun 40-50 faizi itkiyə gedir.
10. Keniyanın paytaxtı Nayrobidə şəhər kasıbları içməli su üçün
Nyu-York sakinlərindən 10 dəfə az pul xərcləyirlər. Təbii ki, suyu
tapsalar.